--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1088 baxış

Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb

Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzenin açıqlamasına görə, yeni sistem çərçivəsində tələbələrin ilk iki semestr üzrə təhsil haqları tam şəkildə dövlət büdcəsindən qarşılanacaq.Üçüncü semestrdən etibarən tam maliyyələşmənin davam etməsi üçün tələbənin əvvəlki semestrdə nəzərdə tutulan kreditlərin minimum 80 faizini toplaması tələb olunacaq. Bu şərti yerinə yetirməyən tələbələrin təhsil haqqının isə 50 faizi dövlət tərəfindən ödəniləcək.Eyni zamanda, tələbələrə növbəti semestrdə əlavə fənlər götürərək çatışmayan kreditləri tamamlamaq və sonrakı semestrlərdə 100 faizlik dövlət maliyyələşməsinə qayıtmaq imkanı yaradılacaq.Yeni maliyyələşmə modelinin Dünya Bankının ekspertləri ilə əməkdaşlıq əsasında hazırlandığı və beynəlxalq təcrübənin nəzərə alındığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan türk dövlətləri ilə əlaqələri gücləndirir

Next Article

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada etirazçılar bələdiyyə binasını yandırıblar

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 00:29 1084 baxış Fransanın Limoges şəhərində etirazlar zamanı bələdiyyə binasında yanğın baş verib. Elpress.az xəbər verir ki, binanın nümayişçilər tərəfindən yandırıldığı bildirilir. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib. Xəbəri […]

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1070 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:20 1088 baxış Zərər görən elektrik stansiyalarının gələn ilin yayına qədər bərpası planlaşdırılır Elpress.az xəbər verir ki, Müharibə nəticəsində İranda ümumilikdə 4200 meqavat elektrik generasiya gücü itirilib.İranın energetika naziri […]