--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Zəngilanda ilk Şəhər Günü qeyd olunur

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:06 1038 baxış

Oktyabrın 20-də Zəngilanda ilk dəfə Şəhər Günü münasibətilə bayram tədbirləri təşkil edilib. Proqramın başlanğıcında uşaqlar üçün teatr tamaşası nümayiş olunub.

Elpress.az xəbər verir ki, tədbirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilir.

Zəngilan Konqres Mərkəzində Gəncə Dövlət Milli Dram Teatrının Şarl Perronun məşhur nağılı əsasında hazırladığı “Çəkməli pişik” tamaşası təqdim edilib. Səhnə əsərini Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, doğma yurda qayıdan zəngilanlı uşaqlar və onların valideynləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.

Elşad Əhmədovun quruluş verdiyi tamaşa ağıllı və hiyləgər Çəkməli pişiyin macəralarından bəhs edir. Nağıl uşaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB-in tabeliyinin dəyişməsi tibb işçilərinin əmək müqavilələrinə təsir edəcəkmi?

Next Article

Marneulidə azərbaycanlı şagirdlər üçün tarixi tədbir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:36 1056 baxış Elpress.az xəbər verir ki, Qaradağ rayonunda insan kapitalının inkişafı və müasir idarəetmə yanaşmalarına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil edilib. Tədbirdə müxtəlif sahələr üzrə mütəxəssislər insan […]

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1120 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]

Ağdam və Xocavənddə sakinlər üçün konsert proqramları təşkil olunub

Aysel Əlibəyli 08 Avqust 2026 · 22:38 1088 baxış Elpress.az xəbər verir ki, Ağdam şəhərində və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib. Tədbirlər çərçivəsində konsert proqramları təqdim […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1152 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]