--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türk dünyasının sazla danışan ustadı – Aşıq Əli Urfana ehtiram

Aysel Əlibəyli 07 İyul 2026 · 19:51 1114 baxış

Elpress.az xəbər verir ki, aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Əli Urfan təkcə mahir ifaçı deyil, həm də klassik aşıq məktəbinin dəyərlərini yaşadan ustad sənətkarlardandır.

Onun yaradıcılığında Yunus Əmrə ruhu, Qurbani ənənəsi, Aşıq Ələsgər hikməti və Bozalqanlı məktəbinin sənət nəfəsi öz əksini tapır. Bu baxımdan Aşıq Əli Urfan türk dünyasının ortaq mədəni yaddaşını yaşadan sənətkar kimi qiymətləndirilir.

Sənətkarın yaradıcılığının mühüm xüsusiyyətlərindən biri də klassik aşıq sənətinin ən çətin sınaqlarından sayılan qıfılbəndləri ustalıqla açmasıdır. Bu bacarıq onun təkcə saz ifaçısı deyil, dərin biliyə, məntiqə və ustadlıq səviyyəsinə malik sənətkar olduğunu göstərir.

Aşıq Əli Urfanın sevilməsinin əsas səbəbi isə onun səmimiyyətidir. O, səhnədə olduğu kimi, gündəlik həyatında da təbiiliyini qoruyur, sözü ilə əməli arasında fərq qoymur. Elə buna görə də dinləyicilər onun həm sazına, həm də şəxsiyyətinə böyük hörmət bəsləyirlər.

Aşıq Əli Urfan haqqında danışarkən yalnız güclü ifaçı deyil, həm də milli-mənəvi dəyərləri yaşadan, gənc nəsillərə örnək olan bir sənətkar obrazı ön plana çıxır. Onun sazı və sözü gələcək nəsillər üçün də aşıq sənətinin qiymətli irsi olaraq yaşayacaq.

“…Hansı dağdı zirvəsini qar alan,

Hansı düzdü çiçəkləri saralan…

Kimdi gedib özgəsinə yar olan?

Könüllərin sitəmini bir də çal,

Aşıq Əli, “Dilqəmi”ni bir də çal!”

(Xalq şairi Zəlimxan Yaqub)

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Next Article

Gəncədə yataqxanada yanğın: FHN hadisə yerində

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1122 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1078 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1064 baxış Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub. Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan […]