--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ağdamda Şeyx Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:09 1104 baxış

Beynəlxalq tədbirdə Qarabağın dini irsi və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Ağdam şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində görkəmli Azərbaycan alimi, ilahiyyatçı-filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans təşkil edilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə işğal dövründə Qarabağda 67-dən çox məscid və dini məbədin dağıdıldığını bildirib. O, Ağdam Cümə məscidinin də vandalizmə məruz qaldığını diqqətə çatdırıb.Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə Ağdamda həyata keçirilən bərpa və quruculuq layihələrindən danışıb.Çıxışlarda regionda sülh və sabitliyin qorunmasının, eləcə də işğaldan azad edilmiş ərazilərdə dini və mədəni irsin bərpasının əhəmiyyəti vurğulanıb.Konfransın ardından iştirakçılar Ağdam Cümə məscidində namaz qılıb, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir iştirakçılarının günün ikinci yarısında Xocalı və Şuşaya səfər etməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan məhkəməsi TRIPP sazişinə hüquqi qiymət verdi

Next Article

Putin seçkilərlə bağlı rusiyalılara müraciət edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hikmət Hacıyev “Counterpoint” filmi barədə paylaşım edib

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 14:46 1086 baxış Azərbaycan və alman xalqlarının iki əsrlik birgəyaşayış tarixindən bəhs edən “Counterpoint” sənədli filmi diqqətə çatdırılıb. Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ekran əsəri […]

Alyona Əliyeva Anar Hüseynzadənin sərgisindən fotolar paylaşıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 08:48 1080 baxış Alyona Əliyeva rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimindən görüntüləri izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin gəlini sərginin açılışından çəkilmiş […]

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1186 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə […]

Əli Hacı dan yeni şeir

Elşən 24 İyun 2026 · 08:51 1280 baxış Ağlayan göy üzü var,Göz yaşın saxlayan yer!Tanrının əli səndə,Göz yaşlarına əl ver! Üstünü ört soyuğun,İstin olsun yavanlığı!Dili ol qaranlığın,Çıxıb getməyə yol ver! Ah çək,yel ovutmağaQəm çək,el ovutmağa!Arx […]