--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1052 baxış

Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb

Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səhiyyə əməkdaşları tərəfindən yüksək dəyərləndirilir.Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı Mənsurə Əliyeva bildirib ki, səhiyyə sahəsində çalışanlara göstərilən diqqət və qayğı onların peşə fəaliyyətinə əlavə stimul verir.Onun sözlərinə görə, tibb işçilərinin sosial rifahının gücləndirilməsi və əməyinin qiymətləndirilməsi dövlət səviyyəsində diqqətdə saxlanılır. O, səhiyyə sahəsinin inkişafına, insan sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslərə və tibb əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü ifadə edib.Mənsurə Əliyeva qeyd edib ki, tibb işçilərinin əməyinin belə şəkildə qiymətləndirilməsi onların peşələrinə bağlılığını və məsuliyyət hissini daha da gücləndirir. Onun sözlərinə görə, səhiyyə əməkdaşları ən çətin və məsuliyyətli şəraitdə insanların sağlamlığının qorunması üçün fəaliyyət göstərirlər.Baş tibb bacısı bundan sonra da tibb işçilərinin vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və insanların sağlamlığının qorunması istiqamətində öz vəzifələrini məsuliyyətlə davam etdirəcəklərini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya bazarında neftin qiyməti yüksəlib

Next Article

Şəhidlərin adlarının səliqəsiz yazılmasına etiraz edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xocavənd Şəhəri Günü qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:24 1102 baxış Şəhərdə bayram tədbirləri, konsert proqramı və atəşfəşanlıq təşkil edilib Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri qeyd olunur.Bu münasibətlə […]

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1140 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]