--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Şəhidlərin adlarının səliqəsiz yazılmasına etiraz edildi

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:42 1056 baxış

Qazi: Şəhidlərin xatirəsi onların qəhrəmanlığına layiq şəkildə əbədiləşdirilməlidir

Elpress.az xəbər verir ki, Şəhidlərin xatirəsinin qorunması və adlarının layiqincə əbədiləşdirilməsi ilə bağlı çağırış səsləndirilib.“Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, ehtiyatda olan zabit və Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev bildirib ki, şəhidlərin adlarının daş, divar və digər səthlərə səliqəsiz və qeyri-peşəkar formada yazılması düzgün yanaşma deyil.Onun sözlərinə görə, şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların xatirəsinə xüsusi həssaslıqla yanaşmağı tələb edir. Şəhid adlarının əbədiləşdirilməsi elə formada həyata keçirilməlidir ki, bu, onların ailə üzvləri və yaxınlarının hisslərinə hörmət ifadə etsin.Əhliyyət Mehdiyev işğaldan azad edilmiş ərazilərin Azərbaycan xalqının Qələbəsi ilə yanaşı, ağır itkilərinin də izlərini daşıdığını vurğulayıb. O qeyd edib ki, bu torpaqlarda tarixi məkanların, abidələrin və digər obyektlərin qorunmasına xüsusi diqqət göstərilməlidir.Qazinin fikrincə, şəhidlərin xatirəsinin yaşadılması yalnız onların adlarının müəyyən yerlərdə yazılması ilə məhdudlaşmamalıdır. Onların həyat və döyüş yollarının gənc nəslə çatdırılması, adlarına məktəblərdə müxtəlif tədbirlərin, yarışların keçirilməsi və muzeylərdə fəaliyyətlərinin nümayiş etdirilməsi daha böyük əhəmiyyət daşıyır.O bildirib ki, bu yanaşma şəhidlərin adlarının yalnız yazılarda deyil, insanların yaddaşında və gələcək nəsillərin düşüncəsində yaşamasına imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Next Article

Naxçıvanda 73 sosial xidmət elektron qaydada göstərilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 18:20 1070 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara […]

İyunun 15-i Üçün Hava Proqnozu

Aysel Əlibəyli 14 İyun 2026 · 12:46 1140 baxış Milli Hidrometeorologiya Xidmətinin növbəti gün üçün hazırladığı hava hesabatı təqdim olunub. Paytaxt və ətraf ərazilərdə göy üzü gah buludlu, gah da açımcaq olacaq. Günün böyük hissəsi […]

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:28 1070 baxış Bakıda 32, Azərbaycanın bəzi rayonlarında isə 35 dərəcəyədək isti hava gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Azərbaycanda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla […]