--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1164 baxış

Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev iki şəhər arasında mədəni əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Elpress.az-ın məlumatına əsasən, Görüş zamanı Bakı və Lima arasında mədəni tədbirlərin təşkili, müxtəlif qurumlar arasında əməkdaşlığın artırılması və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər iki paytaxt arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.Razılaşmalar çərçivəsində Azərbaycanın səfiri Limadakı Metropoliten Muzeyinin “Qədim Mədəniyyətlər” salonuna ənənəvi Azərbaycan xalçasının hədiyyə edilməsini təklif edib. Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixini və milli mədəni irsini əks etdirən bu nümunənin muzeydə nümayiş etdirilməsi ölkəmizin mədəniyyətinin Peruda tanıdılmasına töhfə verəcək.Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. Təşəbbüs həm Limadakı muzeyin kolleksiyasının zənginləşdirilməsinə, həm də Azərbaycan ilə Peru arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ekspert açıqladı: bəzi ixtisaslarda keçid balları arta, bəzilərində isə enə bilər

Next Article

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 1208 baxış Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və […]

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1152 baxış Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1134 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]