--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1129 baxış

Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub.

Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri ilə yanaşı Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, Elpress.az-ın AZƏRTAC-a istinadən yaydığı xəbərdə⁠ bildirilib ki, tədbir Qarabağ Universiteti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub. Layihə çərçivəsində Qarabağın məşhur simalarının mismar və sap texnikası ilə hazırlanan portretləri sərgilənib. Nümayiş olunan əsərlərin müəllifi tətbiqi sənət ustası Minarə Mehdi olub.Tədbirin açılış mərasimində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, incəsənət milli yaddaşın yaşadılmasında mühüm vasitələrdən biridir və Qarabağın görkəmli şəxsiyyətlərinin irsini gələcək nəsillərə çatdırmaq mənəvi borcdur.Universitetin rektoru Şahin Bayramov isə çıxışında bu cür layihələrin bölgənin mədəni həyatının inkişafına töhfə verdiyini və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını bildirib.İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə və fakültə dekanı Türkər Qasımzadə də layihənin tələbələrin estetik dünyagörüşünün formalaşmasına və onların incəsənət sahəsində bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıblar.Tədbirin bədii hissəsində universitet tələbələrinin təqdimatında müxtəlif musiqi nömrələri səsləndirilib.Sonda sərgiyə baxış keçirilib, iştirakçılar xatirə fotoları çəkdiriblər. Bildirilib ki, “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” layihəsi Qarabağın zəngin mədəni irsinin sənət yolu ilə qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm təşəbbüslərdən hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hantavirus pandemiya təhlükəsi yaratmır

Next Article

Trampa Tayvanla bağlı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1036 baxış Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə […]

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1067 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1102 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]