--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1083 baxış

Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib

Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə “Sözün sabahı – Türk dünyasının gənc şairlər festivalı” təşkil olunub.Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günlərinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən mühüm ədəbi-mədəni layihələrindən biri olduğunu bildirib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli-mədəni irsin dirçəlişini bütün dünyaya nümayiş etdirir. F.Cəfərov əlavə edib ki, beş il əvvəl Şuşada bərpa olunan poeziya bayramı hər il daha da genişlənərək beynəlxalq əhəmiyyət qazanır.TÜRKSOY-un Baş katibi Sultan Raev isə çıxışında ortaq mədəniyyət və ədəbiyyatın türk xalqlarını birləşdirən ən güclü mənəvi körpülərdən biri olduğunu vurğulayıb. O, festivalın gələcəkdə Türk dünyasının müxtəlif şəhərlərində keçirilməsinin gözəl ənənəyə çevriləcəyinə ümid etdiyini bildirib.Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxışlarında Qarabağda belə ədəbi-mədəni tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, Şuşanın Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayıblar.Tədbirin bədii hissəsində Türk dünyasının müxtəlif ölkələrindən gələn gənc şairlər öz şeirlərini səsləndirərək poeziya nümunələrini iştirakçılarla bölüşüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Alimlər qayalı ekzoplanetin atmosferini müəyyən etdilər

Next Article

Mustafayev–Overçuk görüşünün vaxtı açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1136 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

Aqil Məlikovun səhhəti ağırlaşıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:56 1072 baxış Muğam bilicisi Aqil Məlikov ürək əməliyyatına hazırlanır Elpress.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, muğam sənətinin tanınmış nümayəndəsi Aqil Məlikov səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya […]

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Elşən 15 May 2026 · 08:59 1195 baxış “Avroviziya-2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir. Elpress.az-ın məlumatına əsasən, müsabiqənin ikinci yarımfinal gecəsində Azərbaycanı JIVA ləqəbi ilə tanınan Cəmilə Həşimova təmsil edib. Sənətçi “Just Go” […]

“Gülçöhrə və Əsgər” tamaşasında yubiley sevinci yaşanıb

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 14:05 1072 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanan “Gülçöhrə və Əsgər” tamaşası oktyabrın 8-də yenidən teatrsevərlərin qarşısına çıxıb. Tamaşa həm tarixi hadisələrə toxunan […]