--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 1118 baxış

Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib.

Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından irəli gələn məqsəd və hədəflər əsasında “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı silsilə seminarlar layihəsinə start verib.Layihənin ilk seminarı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası-da keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini, Rafael Hüseynov geniş məzmunlu məruzə ilə çıxış edərək dilin milli kimliyin formalaşmasında əsas rol oynadığını vurğulayıb və mövzunun elmi-nəzəri aspektlərini ətraflı şəkildə şərh edib.Çıxış edən Kərim Tahirov isə bildirib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkənin mədəni siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən mühüm sənəddir. Onun sözlərinə görə, bu sənəd təkcə mövcud dövrün deyil, həm də gələcək nəsillərin mədəni düşüncə tərzinin və estetik zövqünün formalaşmasına xidmət edən uzaqgörən bir yanaşmadır.O qeyd edib ki, konsepsiya mədəniyyətə sistemli yanaşma təqdim edir və Azərbaycan mədəniyyətinin əsas sahələrini — Azərbaycan dili, ədəbiyyat, incəsənət, davranış və bilik mədəniyyəti, eləcə də mədəni irs istiqamətlərini əhatə edir. Sənəddə Azərbaycan dili və ədəbiyyatının ilk dəfə olaraq mədəniyyətin aparıcı sütunlarından biri kimi müəyyən olunması isə xüsusi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

UEFA Superkubokunun finalını idarə edəcək hakim müəyyənləşib.

Next Article

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:49 1016 baxış Türkiyə, Gürcüstan və İraqdan olan 50 nəfərlik nümayəndə heyəti Qarabağa səfər edib Elpress.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi […]

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1054 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1054 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]