--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Aysel Əlibəyli 07 İyul 2026 · 11:28 1114 baxış

Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov uzun illər rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib.

Elpress.az xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından Səhiyyə Nazirliyində səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə nazir müşaviri kimi çalışıb.

Bu müddətdə ölkənin elektron səhiyyə strategiyasının hazırlanmasına rəhbərlik edib və səhiyyə sisteminin rəqəmsal transformasiyasının əlaqələndirilməsini həyata keçirib.Yeni vəzifəsində onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir. 30 illik peşəkar təcrübəyə malik olan Rüfət Hacıəlibəyov müxtəlif dövrlərdə HP, Microsoft və SAP kimi beynəlxalq informasiya texnologiyaları şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinə rəhbərlik edib.

O, dövlət və özəl sektorda informasiya texnologiyaları strategiyalarının hazırlanması, böhran idarəçiliyi və iri layihələrin icrası sahəsində zəngin təcrübəyə malikdir.Rüfət Hacıəlibəyov, həmçinin KOBİA yanında innovativ startaplar üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib və 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasında təmsil olunur.

Azərbaycanın informasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələrə görə o, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Next Article

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının bir sıra magistrallarında avtomobil sıxlığı artıb

Aysel Əlibəyli 30 İyul 2026 · 08:30 1080 baxış Bakının bir sıra əsas magistral və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, […]

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1184 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

15 Sentyabr: Bakıdan Təbrizə uzanan azadlıq düşüncəsi

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 11:38 1110 baxış Elpress.az xəbər verir ki, 15 sentyabr — Bakının 1918-ci ildə Azərbaycan qüvvələri tərəfindən azad edildiyi gün — Azərbaycan tarixində milli dövlətçilik və suverenlik baxımından mühüm hadisələrdən […]

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:46 1048 baxış Elpress.az bildirir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı […]