--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 1237 baxış

“AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı altında genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, tədbirin əsas məqsədi ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması və ekoloji mədəniyyətin təşviq edilməsi olub. Aksiyada “AzerGold” QSC-nin əməkdaşları və RİİB-in könüllüləri fəal iştirak ediblər.Aksiya zamanı Qoşqarçay hövzəsi boyunca yerləşən təxminən 2 hektar ərazi məişət tullantılarından – plastik, polietilen, metal, şüşə, kağız və karton materiallardan təmizlənib. Toplanan tullantılar çeşidlənərək təkrar emala yönləndirilib.Qeyd olunub ki, “AzerGold” QSC ölkədə dağ-mədən sənayesində fəaliyyət göstərən dövlət şirkəti kimi ekoloji standartlara uyğun istehsal prinsiplərini əsas götürür və regionlarda mütəmadi olaraq yaşıllaşdırma və təmizlik layihələri həyata keçirir. Şirkətin təşəbbüsü ilə hər il müxtəlif ekoloji aksiyalar və ağacəkmə kampaniyaları təşkil olunur.Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT tərəfindən təsis edilib və bu il UNEP tərəfindən “İqlim dəyişikliyi” mövzusu ilə qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur komediyaçıdan sürpriz evlilik xəbəri

Next Article

Livanda PUA hücumu: General öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1154 baxış Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu […]

Xarici diplomatlar Xudavəng monastırını ziyarət edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:29 1092 baxış Diplomatik nümayəndələrə Kəlbəcərdəki tarixi kompleksin keçmişi barədə məlumat verilib Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici diplomatlar Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır […]