--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1102 baxış

Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır

Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatları hücumu ağır nəticələrə səbəb olub. Hücum zamanı şəhərin müxtəlif rayonları hədəfə alınıb, yaşayış və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.İlkin məlumatlarda hücum nəticəsində 7 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığı bildirilsə də, sonradan açıqlanan rəsmi məlumatlara əsasən itkilərin sayı sürətlə artıb. Hazırda ölənlərin sayının 15 nəfərə, yaralananların sayının isə 46 nəfərə çatdığı açıqlanıb.Məlumata görə, hücum zamanı Kiyevdə ardıcıl güclü partlayışlar baş verib. Xüsusilə Qoloseyev rayonunda yerləşən obyektlərdən biri zərbə alıb və hadisə yerində güclü tüstü müşahidə olunub. Şəhərin müxtəlif rayonlarında ümumilikdə 20-yə yaxın ərazidə dağıntılar qeydə alınıb.Bildirilir ki, hücum zamanı “Kalibr”, “Geran”, “Zirkon” və “İsgəndər” tipli raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub. Bununla yanaşı, Kiyev Su Elektrik Stansiyası (SES) ərazisinə və Çerniqov şəhərinə də zərbələrin endirildiyi barədə məlumat yayılıb.Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, dağıntılar altında insanların qalması ehtimalı var. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatları davam etdirilir və ölənlərlə yaralananların sayının artacağı istisna edilmir. Xilasetmə qrupları hadisə yerlərində fasiləsiz fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Next Article

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mask Ukraynaya “Starlink” icazəsi verə bilər

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:05 1048 baxış İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr üçün “Starlink”dən istifadəsinə razı ola bilər Elpress.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi […]

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:15 1070 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların gələcəkdə genişləndirilə biləcəyini istisna etməyib. O, mümkün zərbənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilə biləcəyini bildirib. Elpress.az […]

Tramp min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə gəlir

Aysel Əlibəyli 02 İyul 2026 · 18:25 1136 baxış ABŞ Prezidenti Donald Tramp iyulun 7-də geniş tərkibli nümayəndə heyəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Elpress.az-ın məlumatına […]