--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:49 1050 baxış

Türkiyə, Gürcüstan və İraqdan olan 50 nəfərlik nümayəndə heyəti Qarabağa səfər edib

Elpress.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərinin Qarabağa səfəri başlayıb.Səfərdə ümumilikdə 50 nəfərlik nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin üzvləri səfər proqramı çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəliblər.Qonaqlar Şuşanın tarixi və mədəni irsi, dini-mənəvi abidələri və təbiəti ilə tanış olacaqlar. Həmçinin şəhərin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri barədə məlumat əldə edəcəklər.Səfər proqramına Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərinin ziyarəti daxildir. Nümayəndə heyətinin üzvlərinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkməsi və Cıdır düzündən Şuşanın mənzərələrini seyr etməsi də nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Next Article

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq anlayışı dəyişir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:05 1064 baxış Yeni modeldə kitabxanaların rəqəmsallaşdırılması və müasir mədəniyyət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur Elpress.az xəbər verir ki, Azərbaycanda kitabxana sisteminin yenilənməsi və xidmətlərin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni […]

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 1126 baxış Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə […]