--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ADU və Kolumbiya universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edildi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:24 1162 baxış

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan-Kolumbiya təhsil əlaqələrinin inkişafı və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

İyunun 18-də Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirib. Görüşdə Azərbaycan ilə Kolumbiya arasında dostluq münasibətlərinin inkişafı, xüsusilə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.ADU-nun rektoru akademik Kamal Abdulla iki ölkə arasındakı əlaqələrin inkişafından danışaraq universitetin beynəlxalq əməkdaşlıq imkanlarının daim genişləndirildiyini bildirib. O, Kolumbiyanın ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin qurulmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.Görüş zamanı rektor səfiri universitetdə həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. Bildirilib ki, bu layihə tələbələrin müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə birbaşa əlaqə yaratmasına, beynəlxalq münasibətlər və dünya siyasəti barədə biliklərini artırmasına imkan yaradır.Kolumbiyanın Azərbaycandakı səfiri isə ADU-nun beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib və iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, həyata keçiriləcək birgə təşəbbüslər Azərbaycan-Kolumbiya münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Next Article

Naftalana yeni turist axını

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1224 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1170 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1060 baxış Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər […]