--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 1108 baxış

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. İştirakçıların xarici dil bilikləri və dilə yiyələnmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara müxtəlif bölmələr üzrə tapşırıqlar təqdim edilib.İmtahan proqramına oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə – leksik və qrammatik tapşırıqlar, eləcə də yazı bloku üzrə esse yazısı daxil edilib.Bildirilib ki, imtahan nəticələri danışıq mərhələsi və yazılı tapşırıqların yoxlanılması prosesi yekunlaşdıqdan sonra 4 həftə ərzində elan ediləcək.Qeyd olunub ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul nəticə əldə etmək üçün tələb olunan minimal bal 30-dur. Qiymətləndirmə zamanı bölmələr üzrə müəyyən edilmiş 2 bal məhdudiyyəti də nəzərə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MN-in hərbi qulluqçuları təltif olundu

Next Article

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ölüm, gəl tanış olaq… – İslam QƏRİBLİ

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:57 1064 baxış Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük həqiqətlər gizlənən, çoxsəsli çağdaş Azərbaycan poeziyasında öz yeri, öz nəfəsi olan Əli Hacının qeyri-adi, ilk baxışda qəribə ad seçdiyi […]

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:10 1044 baxış Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1229 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]