--:--:-- | 09 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq anlayışı dəyişir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:52 1012 baxış

Ekspert: Müasir savadlı insan informasiyanı yoxlamağı və onu düzgün tətbiq etməyi bacarmalıdır

Elpress.az xəbər verir ki, Sentyabrın 8-də qeyd olunan Beynəlxalq Savadlılıq Günü müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə savadlılıq anlayışının dəyişən məzmununu yenidən gündəmə gətirir.Təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, süni intellektin istənilən məlumatı qısa müddətdə təqdim edə bilməsi savadlılığın əsas göstəricisinin çoxlu informasiya bilməkdən daha çox, həmin informasiyanı düzgün seçmək və qiymətləndirmək bacarığı olmasını şərtləndirir.O bildirib ki, müasir savadlı insan süni intellektə düzgün suallar verməyi, əldə etdiyi cavabların etibarlılığını yoxlamağı, mümkün səhv və qərəzləri müəyyənləşdirməyi və məlumatı real problemlərin həllində tətbiq etməyi bacarmalıdır.Ekspert hesab edir ki, süni intellektin təhsildə geniş istifadəsi şagird və tələbələrin müstəqil düşünmə qabiliyyətinin qorunmasını xüsusilə vacib edir. Hazır cavablara həddindən artıq güvənmənin qarşısını almaq üçün tədrisdə əzbərçilik və mexaniki tapşırıqlar əvəzinə probleməsaslı öyrənmə, debat, analitik təhlil və layihə işlərinə üstünlük verilməlidir.Ə.Həsənli qeyd edib ki, şagirdlərə süni intellektin hazırladığı cavabları olduğu kimi qəbul etmək əvəzinə, həmin cavabları araşdırmaq, səhvləri aşkar etmək və təkmilləşdirmək tapşırılmalıdır. Onun fikrincə, texnologiya insanın əvəzinə düşünən vasitə deyil, düşünmə və yaradıcılıq imkanlarını inkişaf etdirən alət kimi istifadə olunmalıdır.Təhsil eksperti rəqəmsal və etik savadlılığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O hesab edir ki, süni intellektdən istifadənin qadağan edilməsi əvəzinə, gənclərə bu texnologiyadan məsuliyyətli və düzgün yararlanma qaydaları öyrədilməlidir. Eyni zamanda akademik dürüstlük, müəlliflik, plagiat, rəqəmsal iz və alqoritmik qərəzlilik kimi məsələlər barədə şagirdlərə erkən yaşlardan məlumat verilməsinin vacibliyini bildirib.Ə.Həsənlinin sözlərinə görə, müəllimlərin öz rəqəmsal bacarıqlarının artırılması da bu prosesin mühüm hissəsidir. Müasir müəllim süni intellektin imkanlarını və məhdudiyyətlərini bilməli, əldə olunan məlumatların yoxlanılması və etik istifadəsi ilə bağlı düzgün yanaşmanı şagirdlərə aşılamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Next Article

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1078 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

Avqust ayının sosial ödənişləri tam ödənilib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:17 1030 baxış Avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial […]

Miqren tutmaları və onlarla mübarizə

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:46 1048 baxış Miqreni tətikləyən səbəblər və tutmaları yüngülləşdirməyin sadə yolları Elpress.az xəbər verir ki, Miqren auralı və aurasız olmaqla iki növə bölünən nevroloji tutmadır. Düzgün qidalanmamaq, stres, kəskin […]