--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Suraxanı gimnaziyasına çoxdilli kitabxana hədiyyə edilib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:37 1072 baxış

Neft şirkəti məktəbə altı dildə 300-dən çox Azərbaycan və dünya klassikinin əsərlərini təqdim edib

Elpress.az xəbər verir ki, Yeni tədris ili münasibətilə “Surakhani Oil” hasilat şirkəti Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya çoxdilli kitabxana hədiyyə edib.“Ədibin Evi”nin təşəbbüsü çərçivəsində yaradılan kitabxanada altı müxtəlif dildə Azərbaycan və dünya klassiklərinin 300-dən çox əsəri yer alıb. Kitablar neft buruqları formasında hazırlanmış xüsusi rəflərdə yerləşdirilib.Kitabxananın açılış mərasimində gimnaziyanın müəllim və şagirdləri ilə yanaşı, Milli Məclisin Suraxanı rayonundan deputatı Qaya Məmmədov, “Ədibin Evi”nin direktoru Şəfəq Mehrəliyeva və “Surakhani Oil” şirkətinin nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları təhsil müəssisəsinin sinif otaqları və laboratoriyaları ilə tanış olub, şagirdlər üçün dövlət hesabına fəaliyyət göstərən yataqxana və yeməkxanaya baxış keçiriblər. Daha sonra yuxarı sinif şagirdləri ilə dəyirmi masa təşkil olunub.Şirkətin departament direktoru Kərim Aşurov çıxışında müasir əmək bazarında, xüsusilə enerji və neft sektorunda xarici dil biliklərinin əhəmiyyətini vurğulayıb. O, texniki bilik və peşə bacarıqları ilə yanaşı, dil biliklərinin də gələcək mütəxəssislər üçün vacib olduğunu bildirib.Şəfəq Mehrəliyeva isə çoxdilliliyin dünya biliklərinə çıxış imkanlarını genişləndirdiyini, ana dilində mütaliənin və Azərbaycan klassiklərinin əsərlərinin oxunmasının gənclərin dünyagörüşünün və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.Deputat Qaya Məmmədov kitabxananın yaradılmasını sosial məsuliyyət və vətənpərvərlik təşəbbüsü kimi qiymətləndirib. O, şagirdlərin yalnız bilik və bacarıqlarının deyil, mütaliə və öyrənmə mədəniyyətinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Tədbirin sonunda şagirdlər qonaqlarla sevdikləri kitablar barədə fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Kosmos tam demilitarizasiya olunmalıdır

Next Article

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda rəngarəng kəlağayı yürüşü keçirilib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 16:12 1138 baxış Bakıda kəlağayıların təbliğinə həsr olunan rəngarəng yürüş təşkil edilib. Elpress.az xəbər verir ki, tədbirə QHT nümayəndələri və ictimai şəxslər qatılıblar. Əllərində və çiyinlərində rəngarəng kəlağayılar daşıyan […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1126 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1091 baxış Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan […]

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 1134 baxış İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi […]