--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 1110 baxış

İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Kitab uşaqların yaş və anlama səviyyəsi nəzərə alınaraq hazırlanıb və hüquqi biliklər bədii və həyati nümunələr əsasında qısa hekayələr şəklində təqdim olunur. Nəşrin əsas məqsədi uşaqlarda hüquqi maarifləndirməni gücləndirmək, onların hüquq və məsuliyyətlər barədə məlumatlılığını artırmaqdır.Təqdimatda çıxış edən Bahar Muradova bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi istiqamətində ardıcıl işlər aparılır və belə nəşrlər bu prosesə mühüm töhfə verir.Kitabın müəllifi Abil Bayramov isə qeyd edib ki, məqsəd uşaqlarda hüquqi düşüncə və ümumbəşəri dəyərlərin formalaşdırılmasıdır.Tədbirdə həmçinin digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib, kitabın uşaqların hüquqi biliklərinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Krivoy Roqa raket zərbəsi: ölən və yaralananlar var

Next Article

“ChatGPT” Messi azarkeşidir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1050 baxış Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub. Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı […]

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:02 1052 baxış Qəsrin tarixini və Abşeronun orta əsr müdafiə sistemini əks etdirən ekspozisiyada rəqəmsal texnologiyalardan istifadə olunub Elpress.az xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan […]