--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 32 baxış

Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib.

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir. Bu layihələrdən biri kimi şairin zəngin ədəbi irsini əhatə edən elektron məlumat bazası hazırlanaraq oxucuların istifadəsinə təqdim olunub.Elektron resursda Səməd Vurğunun həyat yolu, çoxşaxəli yaradıcılığı və onun haqqında formalaşmış elmi-ədəbi irs sistemli şəkildə təqdim edilir. Layihənin əsas məqsədi şairin yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, milli ədəbiyyatdakı əvəzsiz rolunun təbliği və gələcək nəsillərə tanıdılmasıdır.Məlumat bazasında akademik Nizami Cəfərov, professorlar Vaqif Yusifli, Maarifə Hacıyeva, Fazil Qaraoğlu, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, eləcə də Xalq şairi Vaqif Səmədoğlu və digər müəlliflərin Səməd Vurğuna həsr olunmuş məqalələrinin tam mətnləri yer alır. Bundan başqa, bazada şairin müəllifi və redaktoru olduğu kitablar, dram əsərləri, poemalar, şeirlər, müxtəlif dillərdə nəşr edilmiş əsərlər, onun haqqında yazılmış kitablar, dissertasiyalar, musiqi əsərləri və digər elektron resurslar barədə geniş məlumat təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Next Article

Bakıda “McDonald’s”la bağlı antisanitariya iddiası yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 70 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 166 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 56 baxış İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi […]