--:--:-- | 09 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Hökməlidə avtoyuma məntəqəsində yanğın söndürülüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:36 1046 baxış

Hökməli qəsəbəsində BMW markalı avtomobildə baş verən yanğın obyektə yayılmadan söndürülüb.

Elpress.az xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən avtoyuma məntəqəsində BMW markalı minik avtomobilində yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək avtoyuma məntəqəsinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb, avtoyuma məntəqəsi isə yanğından mühafizə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Next Article

ADAU-nun gənc əməkdaşı vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Chevrolet” əvvəl “Opel”ə, sonra dirəyə çırpıldı

Aysel Əlibəyli 21 İyun 2026 · 18:26 1146 baxış Şəhərdə iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, “Chevrolet” və “Opel” […]

Gəncədə avaralıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:59 1042 baxış Gəncənin Atatürk prospektində sakinlərin narahatlığına DİN-dən cavab: Ötən həftə 46 nəfər saxlanılaraq rayonlarına göndərilib Elpress.az xəbər verir ki, Gəncə şəhərinin Atatürk prospektində bəzi şəxslərin vətəndaşlara yaxınlaşaraq […]

Ağdamda ev külə döndü

Aysel Əlibəyli 10 İyun 2026 · 21:03 1108 baxış Ağdam rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. Ağdam rayonunun Quzanlı qəsəbəsində yanğın hadisəsi baş verib.Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Canəli Yaşar oğlu Mehrəliyevə […]