--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni yaddaşını ekrana gətirdi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:16 1194 baxış

İsveçli rejissor Mikael Silkeberq Qərbi Azərbaycanın zəngin mədəni irsindən bəhs edən “Yaddaşda Yaşayan Vətən” adlı sənədli film ərsəyə gətirib. Azərbaycanın İsveçdəki səfirliyinin təşkilati dəstəyi ilə hazırlanan 55 dəqiqəlik film Skandinaviyadan Azərbaycana uzanan tarixi-mədəni səyahəti əks etdirir.

Sənədli ekran əsərində yaddaşın coğrafi sərhədləri aşaraq xalqın kimliyini, adət-ənənələrini və mədəni irsini necə yaşatdığı araşdırılır. Film İsveçdə yerləşən Uppsala Universiteti Kitabxanasından başlayır. Burada rejissor Azərbaycan dili ilə bağlı nadir tarixi əlyazmalardan birini araşdıraraq mədəni irsin əsrlər boyu qorunub saxlanılmasının önəmini göstərir.Filmdə həmçinin Skandinaviya ilə Azərbaycan arasında tarixi əlaqələrə toxunulur, XIX əsrdə regiona maraq göstərən Avropa nümayəndələrinin qeydləri və Azərbaycanla bağlı tarixi izlər təqdim olunur.“Yaddaşda Yaşayan Vətən”in əsas xətti Qərbi Azərbaycanın yaddaşda qorunan mədəni məkan kimi təqdim edilməsidir. Ekran əsərində arxiv materialları, şahid fikirləri, musiqi, ədəbiyyat, təsviri sənət, xalçaçılıq, milli geyimlər və kulinariya nümunələri vasitəsilə bu irsin nəsildən-nəslə ötürüldüyü vurğulanır.Filmdə xüsusi yer tutan mövzulardan biri aşıq sənətidir. Göyçə mahalında doğulan Aşıq Ələsgərin yaradıcılığı, saz, balaban, zurna və yallı kimi milli mədəniyyət nümunələri vasitəsilə yaddaşın canlı şəkildə qorunduğu göstərilir.Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bildirib ki, film məkanların, ənənələrin və mənəvi dəyərlərin yaddaş vasitəsilə yaşamasını araşdırır. Onun sözlərinə görə, ekran əsəri arxiv tapıntılarını, ədəbiyyatı, musiqini, sənəti və insan hekayələrini vahid bir bədii xəttdə birləşdirir.“Yaddaşda Yaşayan Vətən” filmi artıq Bakıda təqdim olunub. Ekran əsərinin təqdimatı Azərbaycan Dövlət Pedaqoji Universitetidə keçirilib və tədbir universitetin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur aktrisanın qalmaqallı yazışmaları üzə çıxdı

Next Article

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şair Əli Hacı Ağayev yeni şeirini oxucularla bölüşüb

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:19 1119 baxış Şair Əli Hacı Ağayev sosial şəbəkə hesabında yeni şeirini paylaşaraq oxucularının diqqətini çəkib.Elpress.az xəbər verir ki, müəllifin paylaşdığı şeirdə vətən sevgisi, həyatın çətinlikləri, insanın daxili dünyası […]

İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 14:18 1170 baxış Azərbaycanın tanınmış rəssamı Fərhad Xəlilov 80 illik yubileyi ərəfəsində ölkənin ali dövlət təltiflərindən biri ilə mükafatlandırılıb. Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev Xalq […]

Alyona Əliyeva Anar Hüseynzadənin sərgisindən fotolar paylaşıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 08:48 1080 baxış Alyona Əliyeva rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimindən görüntüləri izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin gəlini sərginin açılışından çəkilmiş […]

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1076 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]