--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Şəmkirdə 12 yaşlı qızı bacısı öldürüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:28 1092 baxış

Şəmkirdə 12 yaşlı qızın qətli ilə bağlı saxlanılan şəxsin onun 16 yaşlı bacısı olduğu müəyyən edilib.

Elpress.az xəbər verir ki, Şəmkir rayonunda 12 yaşlı qızın ölümü ilə bağlı aparılan araşdırmalar zamanı qətli törətməkdə şübhəli bilinən şəxsin onun 16 yaşlı bacısı olduğu müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə saxlanılıb.

İlkin məlumata görə, Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, qızın valideynləri həmin gün onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir müddət sonra isə yeniyetmə yaşadıqları evin həyətyanı sahəsində yaralı vəziyyətdə aşkar edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qlobal bazarlarda qızıl bahalaşıb

Next Article

Sabah ölkədə 41 dərəcə isti olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:49 1064 baxış Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəza iki nəfərin həyatına son qoyub, daha üç nəfər xəsarət alıb. Elpress.az xəbər verir ki, hadisə yolun Səmədabad kəndindən keçən hissəsində […]

Hacıqabulda fərdi yaşayış evində yanğın baş verib

Aysel Əlibəyli 29 İyun 2026 · 17:58 1112 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhərində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın şəhərin Ə.Vahid küçəsində, 76 nömrəli ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış […]