--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində “Romans və mahnı səhəri” konserti keçirilib

Elşən 15 May 2026 · 13:37 1119 baxış

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı davam edir.

Elpress.az-ın Azərtaca istinadən verdiyi məlumata əsasən, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi festivalın ikinci günündə ilk musiqi proqramı Xan qızı Natəvanın sarayının önündə təqdim olunub. Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert keçirilib.

“Romans və mahnı səhəri” adlı proqramda Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlov kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Bu əsərləri gənc ifaçılar – Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov və Mara Hüseynova təqdim ediblər.

Tədbirdə çıxış edən sənət adamları və tamaşaçılar festival barədə fikirlərini bölüşüblər. Əməkdar artist Aqşin Abdullayev Şuşada çıxış etməyin onun üçün xüsusi mənəvi dəyər daşıdığını qeyd edib. O, “Xarıbülbül” festivalının musiqi beşiyi sayılan Şuşada yenidən təşkil olunmasını böyük hadisə kimi qiymətləndirib və Natəvanın sarayının önündə musiqinin səslənməsini tarixi an adlandırıb.

Müğənni İsmayıl Zeynalov isə festivalda ilk dəfə iştirak etdiyini və bu təcrübənin onda dərin təəssürat yaratdığını bildirib. Onun sözlərinə görə, Şuşanın atmosferi tədbirə xüsusi ruh qatır və şəhər belə musiqi bayramları üçün ideal məkandır.

Qarabağ Universitetinin tələbəsi Kənan Mehdizadə də festivalda iştirakdan məmnunluğunu ifadə edib. O, Azərbaycan bəstəkarlarının əsərlərini canlı dinləməyin gənclər üçün yaddaqalan təcrübə olduğunu vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şükürbəyliyə növbəti köç: 107 ailə doğma yurduna qayıtdı

Next Article

İlham Əliyev Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu və Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1071 baxış Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan […]

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1058 baxış Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub. Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan […]

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri yekunlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:39 1068 baxış “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” ekran əsəri post-prodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Məşhur memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan “Daşlara həkk […]

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:29 1036 baxış Azərbaycanın Birinci vitse-prezidenti və qızı Madriddə keçirilən beynəlxalq sərgidə iştirak ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Leyla Əliyeva və qızı Arzu Əliyeva İspaniyanın paytaxtı […]