--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Göygöldə Moruq Festivalı keçirilir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:05 1068 baxış

Festivalda sərgilər, konsert proqramları və uşaqlar üçün əyləncələr təşkil olunur

Elpress.az xəbər verir ki, Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalına start verilib.Festivalın ilk günündə ziyarətçilərə müxtəlif sənətkarlıq nümunələri, innovativ layihələr, kənd təsərrüfatı və yerli məhsullar təqdim olunur. Tədbir çərçivəsində qədim xalçaların sərgisi və idmançıların nümunəvi çıxışları da nümayiş etdirilir.Proqram boyunca uşaqlar üçün əyləncəli və interaktiv tədbirlər, milli mətbəx nümunələrinin təqdimatı, ictimai iaşə xidmətləri və müxtəlif idman oyunlarının keçirilməsi nəzərdə tutulub.Rəsmi açılış mərasimindən sonra festival musiqiçilərin iştirakı ilə konsert proqramı, DJ çıxışı və film nümayişi ilə davam edəcək.Sentyabrın 6-da keçiriləcək ikinci gün çərçivəsində isə kənd təsərrüfatı və yerli məhsulların sərgi-satışı, sənətkarlıq nümunələrinin nümayişi, qədim xalçalar sərgisi, idman yarışları, uşaqlar üçün interaktiv proqramlar, folklor və rəqs çıxışları təşkil olunacaq.Festivalın ikinci günü axşam saatlarında konsert proqramı və DJ şousu ilə başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı və Abşeronda su infrastrukturu yenilənir

Next Article

ABŞ Səudiyyə Ərəbistanına 5 milyard dollarlıq silah satacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1091 baxış Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan […]

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 1126 baxış Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə […]

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1346 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1060 baxış Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə […]