--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

ABŞ Səudiyyə Ərəbistanına 5 milyard dollarlıq silah satacaq

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:09 1064 baxış

Ər-Riyad 10 mindən çox yüksəkdəqiqlikli aviabomba və tuşlama komplekti əldə edəcək

Elpress.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5 milyard dollar dəyərində yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.Razılaşma çərçivəsində Ər-Riyadın 10 mindən çox aviabomba və eyni sayda “JDAM” tuşlama komplekti əldə etməsi nəzərdə tutulur. Paketə 500 funtluq 5004 bomba, 2000 funtluq 5 min bomba, həmçinin müvafiq KMU-572 və KMU-556 tuşlama sistemləri daxildir.Təchizatın əsas podratçısı kimi “Boeing” şirkəti çıxış edəcək. ABŞ tərəfi hesab edir ki, sözügedən silahların tədarükü Səudiyyə Ərəbistanının müdafiə imkanlarını artıracaq və ölkənin regional təhlükələrə qarşı mübarizə potensialını gücləndirəcək.Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Qətər, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Küveytə ümumilikdə 8,6 milyard dollardan artıq silah satışına da razılıq verib. Bu paketlər arasında ən böyük müqavilə Qətərlə bağlı olub. Təxminən 4 milyard dollarlıq satışa “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 PAC-2 və PAC-3 raketi, ehtiyat hissələri, texniki avadanlıqlar və xidmətlər daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göygöldə Moruq Festivalı keçirilir

Next Article

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Aysel Əlibəyli 02 İyul 2026 · 16:11 1140 baxış Elpress.az xəbər verir ki, ABŞ ilə İran arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi nəzərdə tutulur. Məlumata görə, danışıqların gündəmində tərəflər arasında qarşılıqlı öhdəliklərin icrası, […]

Tacikistanda yeni qadağalar tətbiq edildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:28 1096 baxış Tacikistan hicab, saqqal və bəzi geyimlərlə bağlı məhdudiyyətləri gücləndirib Elpress.az xəbər verir ki, Tacikistan hakimiyyəti qara hicabın, saqqalın və ərəb üslubunda geyimlərin istifadəsinə qarşı yeni məhdudiyyətlər […]

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1202 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]