FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalı ərəfəsində Azərbaycana səfər edib.
Elpress.az xəbər verir ki, İnfantino səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, AFFA prezidenti Rövşən Nəcəf tərəfindən qarşılandığını bildirib.
FIFA rəhbəri turnirdə iştirak edəcək komandalarına uğurlar arzulayıb və qarşıdakı həftənin futbol vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan insanları bir araya gətirəcəyinə ümid etdiyini qeyd edib.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək.


