--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1370 baxış

Üzünü o yana çevir,
Bu üzdə qış havası var.
Qəribliyin qucağında,
Doğmalığın davası var.

Gör, fikrim hara çəkdi,
Dili söz-söz dara çəkdi.
Kim deyir ki, Allah təkdir?
Onun da öz Həvvası var.

Ölmək hələ son deyildi,
Olmaq ölüb don geyindi.
Hava, torpaq, su göyündü,
Göyün də öz yuvası var.

Mələk mənəm, Tanrı mənəm,
Eşq bildiyin yarın mənəm.
Dörd sözündən biri mənəm,
Dörd nəfərdən üç asi var.

Qələm mənəm, sözdə mənəm,
Ocağında közdə mənəm.
Arxada sirr, üzdə mənəm,
Ruhun bədən libası var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: Hörmüz boğazının iyunun 19-da tam açılacağı gözlənilir

Next Article

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şair Əli Hacı Ağayev yeni şeirini oxucularla bölüşüb

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:19 1119 baxış Şair Əli Hacı Ağayev sosial şəbəkə hesabında yeni şeirini paylaşaraq oxucularının diqqətini çəkib.Elpress.az xəbər verir ki, müəllifin paylaşdığı şeirdə vətən sevgisi, həyatın çətinlikləri, insanın daxili dünyası […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1272 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1176 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]