Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və sutəmizləyici qurğu inşa edilir
Elpress.az xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi istiqamətində layihələr həyata keçirilir.2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində reallaşdırılan əsas layihələrdən biri Müşfiqabad hövzəsində yeni gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir.Layihə Xırdalan şəhəri ilə yanaşı, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində yaranan tullantı sularının vahid sistem vasitəsilə toplanaraq daşınmasını və müasir texnologiyalarla təmizlənməsini təmin edəcək.Yeni infrastrukturun istifadəyə verilməsi Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar şəraitin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.Tikinti işlərinin 2028-ci ildə tamamlanması planlaşdırılır. Layihə başa çatdıqdan sonra kanalizasiya kollektoru, sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və digər yardımçı obyektlər vahid infrastruktur kompleksi kimi fəaliyyət göstərəcək.


