--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 13:41 1154 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından olan Xalq artisti Siyavuş Aslanın doğum günüdür. Sənətkar 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində dünyaya gəlib

Siyavuş Aslan aktyorluq fəaliyyətinə gənc yaşlarından başlayıb. O, müxtəlif illərdə Quba Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Akademik Milli Dram Teatrında çalışıb. 1994–1996-cı illərdə Musiqili Komediya Teatrının bədii rəhbəri olub, daha sonra Akademik Milli Dram Teatrına qayıdıb

Aktyor teatr səhnəsi ilə yanaşı, televiziya və kinoda yaratdığı yaddaqalan obrazlarla da böyük tamaşaçı sevgisi qazanıb. Onun “Ulduz”, “Əhməd haradadır?”, “Musiqi müəllimi”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” və digər filmlərdəki rolları Azərbaycan tamaşaçısının yaddaşında qalıb.

Siyavuş Aslan sənət fəaliyyətinə görə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Görkəmli sənətkar uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə 77 yaşında Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Qeyd: Bu gün, 5 sentyabr 2026-cı ildə Siyavuş Aslanın anadan olmasının 91-ci ildönümüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Səudiyyə Ərəbistanına 5 milyard dollarlıq silah satacaq

Next Article

Məşhur türk aktyor evində ölü tapıldı – 51 YAŞINDA

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:35 1070 baxış Hikmət Mustafayev Aparat rəhbəri, Mustafa Abbasbəyli isə nazir müşaviri təyin edilib Elpress.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Aparatında yeni kadr dəyişiklikləri həyata keçirilib.Nazirlikdən verilən məlumata […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1203 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1056 baxış Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində […]