--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:24 1128 baxış

Hüquq fakültəsində Ağaoğlunun adına auditoriya da istifadəyə verilib

Elpress.az xəbər verir ki, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun barelyefinin və onun adına yaradılan auditoriyanın açılışı keçirilib.Tədbirdə Ankara Universitetinin rektor müavini, professor Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfirliyinin və TÜRKSOY-un nümayəndələri, alimlər, ziyalılar və digər qonaqlar iştirak ediblər.Çıxışlarda Şuşada anadan olan Əhməd bəy Ağaoğlunun Azərbaycanın milli oyanışında, türk dünyasının ictimai və mədəni fikir tarixində, eləcə də təhsil, hüquq, mətbuat və modernləşmə sahələrindəki fəaliyyəti vurğulanıb.Bildirilib ki, 1925-ci ildə Ankarada yaradılan Hüquq məktəbinin təsisçilərindən biri olan Ağaoğlu burada müəllim kimi də fəaliyyət göstərib və Türkiyədə hüquq təhsilinin inkişafına töhfə verib.Tədbir zamanı Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi əsasında heykəltəraş Əlisəfa Əsgərov tərəfindən hazırlanıb.Daha sonra Mədəniyyət Mərkəzinin layihəsi əsasında yenilənən Əhməd bəy Ağaoğlu auditoriyası təqdim edilib. Auditoriyada onun Azərbaycan və Türkiyədəki həyat və fəaliyyətinə, elmi, hüquqi, ədəbi və publisistik irsinə həsr olunan xüsusi bölmələr yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Next Article

20 sentyabr üçün hava proqnozu açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Aysel Əlibəyli 12 İyul 2026 · 21:12 1142 baxış İyulun 12-si İntibah dövrünün görkəmli humanisti, filosofu və yazıçısı Rotterdamlı Erazmın anım günüdür. Elpress.az Kulis.az-a istinadən bildirir ki, İntibah dövrü humanizminin banilərindən biri hesab olunan holland […]

Xocavənddə bayram atəşfəşanlığı olub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:58 1098 baxış Xocavənd Şəhəri Günü musiqi və işıq şousu ilə qeyd edilib Elpress.az xəbər verir ki, Xocavənd Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub.Bayram proqramının sonunda musiqi sədaları […]

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:41 1068 baxış Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub. Elpress.az xəbər verir ki, Azərbaycan […]