--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Türk Dövlətləri Təşkilatının Baş katibi bildirib ki, türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır.

Aysel Əlibəyli 15 May 2026 · 16:53 1141 baxış

Türk Dövlətləri Təşkilatının Baş katibi bildirir türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır.

Elpress.az”-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türküstana ezam olunmuş əməkdaşın verdiyi xəbərə görə, Türk Dövlətləri Təşkilatı-nın Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib ki, türk dövlətləri arasında elektron pasport və rəqəmsal identifikasiya sistemlərinin tətbiqi istiqamətində ciddi addımlar atılıb. Hazırda Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında da bu sahədə əməkdaşlıq davam edir. O qeyd edib ki, həyata keçirilən təşəbbüslər Türk dünyasında inteqrasiyanın və iqtisadi münasibətlərin daha da güclənməsinə töhfə verir. Baş katib əlavə edib ki, 2024-cü ildə Bişkekdə keçirilən görüşlərdə rəqəmsal iqtisadiyyatın inkişafı və texnoloji tərəfdaşlığın genişləndirilməsi əsas mövzulardan biri olub. Onun sözlərinə görə, türk dövlətləri artıq rəqəmsal sənaye platformalarının yaradılması istiqamətində yeni mərhələyə keçid edir və innovativ texnologiyalar iqtisadi inkişafın əsas amillərindən birinə çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aleksandr Studnev: Ümumdünya Şəhərsalma Forumu qlobal əməkdaşlıq üçün vacib platformadır

Next Article

Müşfiq qəsəbəsində DSMF-nin təşəbbüsü əsasında 100-dən artıq ağac əkilib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“iCheck” “Referans Medical Group” ilə əməkdaşlığa başladı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:48 1024 baxış Azərbaycanda fəaliyyət göstərən rəqəmsal səhiyyə platforması “iCheck” tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək məqsədilə “Referans Medical Group” ilə strateji əməkdaşlığa başlayıb. Tərəfdaşlığın əsas hədəfi onlayn konsultasiyadan müayinələrə […]

BP-nin AGT regionu üzrə xərcləri 30% artıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:00 1076 baxış BP hesabatı: Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli xərclər 1 milyard dolları keçdi Elpress.az xəbər verir ki, BP şirkətinin Azərbaycandakı fəaliyyətinə dair 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən, […]

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1132 baxış Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır. 2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin […]