--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1178 baxış

Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır.

2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Samuxda keçirilən ərik festivalında məlumat verib.Nazir müavini bildirib ki, planlaşdırılan layihələr sırasında ərik bağları da xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd fermerlərin istehsal imkanlarını artırmaq, onların fəaliyyətinə dövlət dəstəyini gücləndirmək və kənd təsərrüfatının inkişafına töhfə verməkdir.Seymur Səfərli qeyd edib ki, Samux rayonu əkinçilik və bağçılıq sahəsində böyük potensiala malikdir. Regionun həm daxili bazar, həm də xarici bazarlara çıxış imkanlarının geniş olduğu vurğulanıb.Kənd Təsərrüfatı Nazirliyi fermerlərə dəstəyin davam etdiriləcəyini, məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sertifikatlaşdırma, emal müəssisələrinin yaradılması və digər istiqamətlərdə işlərin aparılacağını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Next Article

Boşandığı şəxslə yenidən ailə quranların sayı məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 1218 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]

Mikayıl Cabbarov Çin şirkətinin rəhbəri ilə görüşüb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:12 1136 baxış İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin aparıcı şirkətlərindən olan “PowerChina Resources”ın prezidenti Yanq Tianfu ilə görüş keçirib. Elpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Çin arasında […]

Azərbaycan və Türkiyə elektrik sistemlərini daha sıx inteqrasiya edəcək

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:22 1110 baxış Alparslan Bayraktar: Enerji əməkdaşlığında yeni imkanlar yaranır Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində genişləndirilməsi nəzərdə […]

Dövlət Statistika Komitəsində yeni sədr müavini təyin edilib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 20:03 1108 baxış Dövlət Statistika Komitəsində rəhbər vəzifələrdən birində dəyişiklik baş verib. Komitə sədrinin müavini Yusif Yusifov vəzifəsindən azad edilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı digər […]