--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“iCheck” “Referans Medical Group” ilə əməkdaşlığa başladı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:48 1036 baxış

Azərbaycanda fəaliyyət göstərən rəqəmsal səhiyyə platforması “iCheck” tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək məqsədilə “Referans Medical Group” ilə strateji əməkdaşlığa başlayıb. Tərəfdaşlığın əsas hədəfi onlayn konsultasiyadan müayinələrə qədər müxtəlif xidmətləri vahid rəqəmsal sistemdə birləşdirməkdir.

Elpress.az xəbər verir ki, “iCheck” PAŞA Holdinqin əməkdaşların innovativ ideyalarını biznes layihələrinə çevirməsinə dəstək verən “WeStart” proqramı çərçivəsində inkişaf etdirilən startaplardan biridir.

Əməkdaşlıq çərçivəsində platformanın texnoloji imkanlarının “Referans Medical Group”un tibbi infrastrukturu və həkim şəbəkəsi ilə birləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma pasiyentlərin uyğun həkim tapmasını, məsafədən məsləhət almasını və zəruri tibbi xidmətlərə yönləndirilməsini asanlaşdırmağa hesablanıb.

“iCheck” istifadəçilərə olduqları yerdən asılı olmayaraq həkimlə onlayn əlaqə yaratmaq imkanı verir. Platformanın xidmətlərindən fərdi pasiyentlərlə yanaşı, sığorta şirkətlərinin müştəriləri və korporativ istifadəçilər də yararlanırlar.

Yeni tərəfdaşlığın məqsədi platformanı yalnız onlayn konsultasiya xidməti ilə məhdudlaşdırmamaq, tibbi xidmətlərin müxtəlif mərhələlərini əhatə edən rəqəmsal sağlamlıq həllinə çevirməkdir. Buraya həkim seçimi, konsultasiya, müayinələrin təşkili və sonrakı tibbi addımların əlaqələndirilməsi daxildir.

“iCheck”in təsisçisi Leyla Orucova bildirib ki, platformanın uzunmüddətli hədəfi insanların həm fiziki, həm də mental sağlamlıqla bağlı sualları yarandıqda müraciət etdikləri əsas rəqəmsal ünvanlardan birinə çevrilməkdir. Onun sözlərinə görə, layihə insanları yalnız xəstələndikdə deyil, sağlam olduqları dövrdə də öz sağlamlıqlarına diqqət yetirməyə təşviq etməyi qarşıya məqsəd qoyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə bağlı sazişi təsdiqlədi

Next Article

Kirayə mənzil mexanizmində yeni qaydalar qüvvəyə minib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1128 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 1140 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]

Bu rüsumun məbləği müəyyən olunur.

Aysel Əlibəyli 26 May 2026 · 13:37 1192 baxış Maliyyə icarəsi fəaliyyəti göstərmək istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə qeydiyyata alınması üçün tətbiq olunan dövlət rüsumunun məbləği müəyyən edilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]