--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

SOCAR-ın “Comstock Resources”la əməkdaşlığı qaz şirkətinə yeni bazarlar açacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:25 1074 baxış

SOCAR-la planlaşdırılan razılaşmanın “Comstock Resources”un beynəlxalq satış imkanlarını və maliyyə göstəricilərini gücləndirəcəyi gözlənilir

Elpress.az xəbər verir ki, SOCAR-la ABŞ-nin “Comstock Resources” şirkəti arasında planlaşdırılan əməkdaşlığın amerikalı şirkətə təbii qazını beynəlxalq bazarlarda satmaq üçün əlavə imkanlar yaradacağı gözlənilir.Beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, əməkdaşlıq “Comstock Resources” üçün mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində də yeni imkanlar aça bilər. Bu isə şirkətin xarici satış kanallarını genişləndirməsinə, ticarət və marketinq imkanlarını inkişaf etdirməsinə şərait yarada bilər.Razılaşmadan əldə olunacaq vəsaitin şirkətin maliyyə vəziyyətinə də müsbət təsir göstərəcəyi bildirilir. Gözləntilərə əsasən, vəsaitin bir hissəsi kredit xətti üzrə borcun azaldılmasına, həmçinin bəzi istiqrazların geri alınmasına və korporativ məqsədlərə yönəldilə bilər.Əməliyyat çərçivəsində “Comstock Resources” bütün aktivlərin operatoru olaraq qalacaq. Şirkət “Pinnacle Gas Services”də də nəzarət payını qoruyacaq və sövdələşmədən sonra bu payın 62 faiz təşkil edəcəyi gözlənilir.Bundan başqa, şirkətin Haynesville şist yatağında həyata keçirdiyi birgə qazma layihəsi də müsbət qiymətləndirilib. Layihə üzrə növbəti 12 ay ərzində 27 quyunun qazılması və tamamlanması xərclərinin 80–85 faizinin tərəfdaş tərəfindən qarşılanması nəzərdə tutulur. Layihənin ümumi dəyərinin təxminən 450 milyon dollar olacağı gözlənilir.Qeyd olunur ki, bu əməkdaşlıq “Comstock Resources”un hasilat xərclərini azaltmasına, istehsal imkanlarını genişləndirməsinə və şirkətin maliyyə balansını gücləndirməsinə kömək edə bilər.Bununla belə, sövdələşmə hələ yekun imzalanmadığından şirkətin kredit reytinqində və proqnozunda dəyişiklik edilməyib. Şirkətin maliyyə göstəricilərinin təbii qaz qiymətlərindən yüksək dərəcədə asılı olması da əsas risklərdən biri kimi göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Peşə təhsilində köçürülmə və bərpa prosesi başladı

Next Article

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMB-də yeni baş direktor təyin edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:19 1074 baxış Azərbaycan Mərkəzi Bankında yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Məlağırov qurumun baş direktoru vəzifəsinə təyin olunub. Bununla […]

Bakıda zoomağaza açmaq gəlirli biznes ola bilərmi?

Aysel Əlibəyli 22 İyun 2026 · 15:10 1244 baxış Azərbaycanda ev heyvanlarına marağın artması zooməhsullar bazarının da genişlənməsinə səbəb olub. İnsanların pişik, it və digər ev heyvanları üçün yem, aksesuar, gigiyena vasitələri və qulluq məhsullarına […]