--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Peşə təhsilində köçürülmə və bərpa prosesi başladı

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:21 1068 baxış

Peşə təhsili alanlar üçün köçürülmə və bərpa müraciətlərinin qəbulu sentyabrın 10-dək davam edəcək

Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ilinin ilk yarısı üzrə peşə təhsili müəssisələrində təhsilalanların köçürülməsi və təhsilə bərpası ilə bağlı müraciətlərin qəbuluna başlanılıb.Müraciət etmək istəyən şəxslər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq müvafiq xidmətdən istifadə edə bilərlər. Elektron müraciətlərin qəbulu 10 sentyabr saat 18:00-da başa çatacaq.Qaydalara əsasən, təhsil müəssisəsini və ya ixtisasını dəyişən, həmçinin təhsilinə bərpa olunan şəxslər müəyyən istisnalar nəzərə alınmaqla təhsillərini ödənişli əsaslarla davam etdirəcəklər.İlk peşə təhsili səviyyəsində təhsilalanların həm müəssisə, həm də ixtisas dəyişməsinə icazə verilmir. Texniki peşə təhsili səviyyəsində isə birinci kursu başa vurmayan tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişməsi mümkün deyil.İxtisas dəyişikliyi və bərpa prosesi müəyyən edilmiş eyni ixtisas qrupu çərçivəsində həyata keçirilir.Müraciət edən şəxslər nəticələri müraciətlərin qəbulu başa çatdıqdan sonra 15 gün ərzində şəxsi kabinetləri vasitəsilə öyrənə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Next Article

SOCAR-ın “Comstock Resources”la əməkdaşlığı qaz şirkətinə yeni bazarlar açacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

59 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:37 1066 baxış Ali məktəblərə qəbul üçün ixtisas seçimi avqustun 19-da başa çatacaq Elpress.az xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi […]

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Aysel Əlibəyli 05 İyul 2026 · 17:36 1124 baxış Dövlət İmtahan Mərkəzi ölkənin müxtəlif şəhər və rayonlarında II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını təşkil edib. İmtahanda on minlərlə abituriyent iştirak […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1116 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]

Azərbaycanda 18 kişi hayat yoldaşının soyadını götürüb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:35 1070 baxış Ədliyyə Nazirliyi: Cari il ərzində 18 kişi nikahdan sonra arvadının soyadını qəbul edib Elpress.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari il ərzində nikah […]