Fransada son günlər baş verən iğtişaşlar və zorakılıq halları ilə əlaqədar Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Elpress.az xəbər verir ki, Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətini nəzərə alaraq, zəruri olmadığı təqdirdə Fransaya səfərdən çəkinməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edib.
Hazırda Fransada olan Azərbaycan vətəndaşlarına təhlükəsizlik qaydalarına əməl etmək, kütləvi toplaşma yerlərindən uzaq durmaq və rəsmi məlumatları mütəmadi izləmək tövsiyə olunur.
XİN fövqəladə vəziyyət yarandıqda vətəndaşların Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlamalarını xahiş edib.


