--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Nazirin sözlərinə görə, keçən il Avropa İttifaqının təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.

Aysel Əlibəyli 01 İyun 2026 · 15:19 1148 baxış

2025-ci ildə Avropa İttifaqının boru kəməri vasitəsilə həyata keçirilən təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Energetika naziri Pərviz Şahbazov “Baku Energy Week”də çıxışı zamanı bildirib ki, 2025-ci ildə Avropa İttifaqının boru kəməri ilə təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.O, qlobal enerji bazarlarında müşahidə olunan çağırışlara toxunaraq qeyd edib ki, son dövrlərdə baş verən geosiyasi hadisələr və təchizat riskləri enerji təhlükəsizliyi məsələsini və yeni reallıqda ölkəmizin rolunu daha da aktuallaşdırıb.Nazir vurğulayıb ki, Azərbaycan Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlar vasitəsilə birləşdirərək həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və regional bağlantılar mərkəzinə çevirən mühüm strateji aktor kimi çıxış edir. Onun sözlərinə görə, əgər XX əsrdə enerji gücü əsasən hasilatla ölçülürdüsə, XXI əsrdə bu gücü müəyyən edən əsas amillər təhlükəsiz marşrutlar, bağlantılar və etibarlı tərəfdaşlıqlardır və Azərbaycan bu üstünlükləri birləşdirən ölkələrdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Millət vəkili Tərtərdə şəhid və qazi ailələrinin övladları ilə görüş keçirib.

Next Article

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:07 1070 baxış Elnur Məmmədov: Azərbaycanın nəqliyyat və rəqəmsal infrastrukturu yeni investisiya imkanları yaradır Elpress.az xəbər verir ki, Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastrukturu ölkənin daha geniş regionla iqtisadi […]

Azərbaycan və Türkiyə yeni enerji layihələri üzərində işləyir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:28 1088 baxış Ceyhun Bayramov alternativ enerjinin Avropaya çatdırılması layihələrini açıqlayıb Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında qarşıdakı onilliklərə hesablanan yeni layihələr üzrə iş aparılır.Bunu Azərbaycanın xarici […]

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:45 1080 baxış Şirkətin yeddi aylıq ixrac gəlirləri 111,9 milyon dollara yüksəlib Elpress.az xəbər verir ki, “Azəralüminium” MMC-nin bu ilin ilk yeddi ayı ərzində ixrac göstəricilərində əhəmiyyətli artım qeydə […]