--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:07 1080 baxış

Elnur Məmmədov: Azərbaycanın nəqliyyat və rəqəmsal infrastrukturu yeni investisiya imkanları yaradır

Elpress.az xəbər verir ki, Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastrukturu ölkənin daha geniş regionla iqtisadi əlaqələr qurmasına və yeni investisiyaların cəlb edilməsinə imkan yaradır.Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panelində çıxışı zamanı bildirib.Nazir müavininin sözlərinə görə, qlobal miqyasda baş verən müxtəlif pozuntular ayrı-ayrı regionlarda təchizat zəncirlərinə və qiymətlərə təsir göstərir. Belə şəraitdə rəqəmsal və nəqliyyat dəhlizləri Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi baxımından əlavə imkanlar yaradır.O qeyd edib ki, rəqəmsal dəhlizin əhəmiyyəti yalnız tranzit imkanları ilə məhdudlaşmır. Bu istiqamət iqtisadiyyatlar və ərzaq bazarları arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, investisiya, sənaye, enerji və rəqəmsal bağlantılar üçün də yeni imkanlar formalaşdırır.Elnur Məmmədov Azərbaycanın biznes üçün yalnız daxili bazar imkanları təqdim etmədiyini, eyni zamanda daha geniş regionla əlaqələr baxımından platforma rolunu oynadığını vurğulayıb. Onun sözlərinə əsasən, enerji və rəqəmsal infrastruktur, nəqliyyat, logistika və qabaqcıl texnologiyalar investisiya və təcrübənin cəlb oluna biləcəyi əsas istiqamətlərdəndir.Bildirilib ki, Azərbaycanın tranzit yükdaşımalarının ümumi həcmi 2024-cü ildə təxminən 14,5 milyon ton təşkil edib. Bu göstərici 2019-cu illə müqayisədə təxminən 2,5 dəfə çoxdur.Həmçinin qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində xəttin illik yükdaşıma imkanının 5 milyon tona çatdırılması gözlənilir. Bu isə gələcəkdə nəqliyyat daşımalarının həcminin artırılmasına şərait yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Next Article

50 və 64 nömrəli avtobusların marşrutu dəyişdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:50 1076 baxış Yanvar-avqust aylarında elektrik enerjisinin 59,7 faizi alternativ mənbələr hesabına istehsal olunub Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 360 133,4 MVt/saat əmtəəlik […]

Könüllü tibbi sığorta yığımları azalıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:35 1084 baxış Yanvar-avqust aylarında sığorta şirkətləri 96,1 milyon manat sığorta haqqı toplayıb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə sığorta şirkətlərinin topladığı […]

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:20 1184 baxış Energetika naziri Pərviz Şahbazov Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşərək enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Azərbaycan və Rumıniya arasında enerji […]

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 16 İyul 2026 · 18:34 1100 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru […]