--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 16 İyul 2026 · 18:34 1096 baxış

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zaksen ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “John Deere” arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.

“John Deere” şirkətinin nümayəndəsi Çaba Leyko isə Azərbaycanın şirkət üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq, ölkədə fəaliyyətin genişləndirilməsində və yeni layihələrin icrasında maraqlı olduqlarını bildirib.

Görüş zamanı pambıqçılıq və taxılçılıqda innovativ texnologiyaların tətbiqi, kənd təsərrüfatı texnikasının yenilənməsi, logistikanın inkişafı, aqrar sahə üzrə peşəkar kadr hazırlığı və digər əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Next Article

ABŞ jurnalistindən Prezident İlham Əliyevə: “Siz əsl Sülh Adamısınız”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Aysel Əlibəyli 12 Avqust 2026 · 10:28 1072 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə ümumilikdə 258 milyon manat vəsait ayrılacaq. Sərəncama əsasən, vəsait dövlət və […]

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1116 baxış 8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 1142 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]