Suraxanıda təmir işləri səbəbindən iki avtobus xəttinin hərəkət sxeminə dəyişiklik edilib
Elpress.az xəbər verir ki, Paytaxtın Suraxanı rayonunda aparılan yol təmiri işləri ilə əlaqədar 50 və 64 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.Dəyişiklik İlqar Musayev küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətlə əlaqədardır.Yeni hərəkət sxeminə əsasən, hər iki marşrutun avtobusları Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri istiqamətində hərəkət edəcək.Tətbiq olunan məhdudiyyətin yol təmiri işləri ilə əlaqədar olduğu bildirilib.


