--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:20 1160 baxış

Energetika naziri Pərviz Şahbazov Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşərək enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Azərbaycan və Rumıniya arasında enerji tərəfdaşlığının genişləndirilməsi, xüsusilə də “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişaf perspektivləri müzakirə olunub. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin möhkəmləndirilməsində enerji sektorunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.Tərəflər neft və qaz sahəsində mövcud əməkdaşlıq əlaqələrinə diqqət çəkərək, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər. SOCAR-ın Rumıniyada həyata keçirdiyi genişmiqyaslı fəaliyyətlər iki ölkə arasında karbohidrogen sektorunda uğurlu əməkdaşlığın nümunəsi kimi dəyərləndirilib.Bildirilib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycan ilə Avropa ölkələri arasında enerji əməkdaşlığını yeni mərhələyə daşıyacaq və elektrik enerjisi sahəsində əlaqələrin daha da güclənməsinə imkan yaradacaq. Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka layihənin yalnız iştirakçı ölkələr üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.Görüşdə Azərbaycanın bu təşəbbüs çərçivəsində Avropanın etibarlı və strateji enerji tərəfdaşı kimi çıxış etdiyi vurğulanıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinin yaxın vaxtlarda təqdim ediləcəyi qeyd olunub.Qeyd edilib ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi həm enerji istehsalçısı olan Azərbaycan üçün, həm də Rumıniya, Macarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün uzunmüddətli iqtisadi imkanlar yaradacaq, enerji təminatının şaxələndirilməsinə və yaşıl enerjiyə keçid prosesinə mühüm töhfə verəcək.Görüş çərçivəsində Rumıniyanın enerji sektorunda həyata keçirdiyi yeniliklər, bərpaolunan enerji imkanları və gələcək əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Tərəflər enerji sahəsində qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Next Article

ADU və Kolumbiya universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1060 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Aysel Əlibəyli 29 İyun 2026 · 12:16 1146 baxış Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına yeni dövlət dəstəyi: tədarük qiyməti müəyyənləşdi Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılması […]