--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Mikayıl Cabbarov Çin şirkətinin rəhbəri ilə görüşüb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:12 1106 baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin aparıcı şirkətlərindən olan “PowerChina Resources”ın prezidenti Yanq Tianfu ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı, perspektiv layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər günəş və külək elektrik stansiyalarının tikintisi, dövlət-özəl tərəfdaşlığı layihələri, enerji sektoru, mineral resursların səmərəli idarə olunması və su ehtiyatları sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəbrayılda mina partlayışı: Bir nəfər xəsarət aldı

Next Article

Ağdamda yanğın dörd kəndin ərazisinə yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:57 1100 baxış “Şimali Qafqaz–Zaqafqaz” kəmərində təmir işləri sentyabrın 15-dən 25-dək davam edəcək Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.Buna səbəb Rusiya […]

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:52 1062 baxış SOCAR-ın qeyri-neft ixracında illik müqayisədə 28 faizdən çox azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari […]

Kart transferlərinə yeni limitlər qoyuldu

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:54 1098 baxış Azərbaycanda kartdan-karta pul köçürmələri üçün yeni məhdudiyyətlər qüvvəyə mindi Elpress.az xəbər verir ki, Avqustun 1-dən etibarən ölkə ərazisində kartdan-karta (C2C) köçürmə əməliyyatlarına dair yeni tənzimləmə qaydaları […]