--:--:-- | 28 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:52 1004 baxış

SOCAR-ın qeyri-neft ixracında illik müqayisədə 28 faizdən çox azalma qeydə alınıb

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari ilin ilk yeddi ayı üzrə qeyri-neft məhsullarının ixracından əldə etdiyi gəlirin həcmi açıqlanıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında yer alan məlumatda bildirilir ki, yanvar-iyul aylarında idarə xarici bazarlara ümumilikdə 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu göndərib.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,6 milyon dollar və ya 28,1 faiz aşağıdır.Bununla yanaşı, Azərbaycanın ümumi qeyri-neft-qaz ixracında artım müşahidə olunub. Belə ki, hesabat dövründə ölkənin qeyri-neft-qaz sektorunun ixracı illik müqayisədə 18,3 faiz artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İspaniyada muzey 4 dəqiqəyə qarət edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1189 baxış Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib. Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində […]

Bakcell-in yeni rəhbəri bəlli oldu

Aysel Əlibəyli 08 İyun 2026 · 16:57 1118 baxış Bu gün “Bakcell” şirkəti baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi açıqlama yayaraq rəhbərlik strukturunda baş verən dəyişiklik barədə ictimaiyyəti məlumatlandırıb. Telekommunikasiya sahəsində 35 ildən […]

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1074 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1030 baxış Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal […]