--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ağdamda yanğın dörd kəndin ərazisinə yayıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 23:18 1094 baxış

Ağdam rayonunda iki gün əvvəl başlayan yanğın geniş əraziyə yayılaraq dörd kəndi əhatə edib.

Elpress.az xəbər verir ki, alovun əsasən Kəngərli kəndi istiqamətində minalardan tam təmizlənməmiş sahələrdə davam etməsi söndürmə işlərini çətinləşdirir.

Məlumata görə, yanğın Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndlərinin ərazilərinə keçib.Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün söndürmə və məhdudlaşdırma tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, mina təhlükəsi yanğının söndürülməsi prosesini xeyli çətinləşdirən əsas amillərdən biri olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mikayıl Cabbarov Çin şirkətinin rəhbəri ilə görüşüb

Next Article

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tiktoker Bənizə 10 il 3 ay həbs cəzası verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:44 1080 baxış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü: Tiktoker Aybəniz Xəlilova (Bəniz) 10 il 3 ay müddətinə azadlıqdan məhrum edildi Elpress.az xəbər verir ki, Sevgilisindən şantaj yolu ilə külli […]

Goranboyda gecə saatlarında yanğın baş verib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:25 1072 baxış Elpress.az xəbər verir ki, sentyabrın 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yanğın hadisəsi qeydə alınıb. Məlumata görə, hazırda alovun daha geniş əraziyə yayılmasının qarşısının […]

Fatimə Rəhmanzadənin qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 21:55 1096 baxış Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Elpress.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü […]

Şükufə Yusupovanın vəziyyəti ağır olaraq qalır

Aysel Əlibəyli 23 Avqust 2026 · 14:49 1064 baxış Yol qəzasında xəsarət alan Xalq artisti reanimasiya şöbəsində müalicə olunur Elpress.az xəbər verir ki, Bakıda avtomobilin vurması nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupovanın son vəziyyəti […]