--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kəlbəcər–Laçın yolunda işlərin yarıdan çoxu tamamlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:33 1072 baxış

75,8 kilometrlik avtomobil yolunda 17 tunel, 7 viaduk və 14 körpünün tikintisi aparılır

Elpress.az xəbər verir ki, Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə nəzərdə tutulan işlərin 50 faizindən çoxu artıq yerinə yetirilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, mürəkkəb dağlıq ərazidən keçən yeni yolun uzunluğu 75,8 kilometr olacaq. I–II texniki dərəcəli yolun 2–4 hərəkət zolağından ibarət olması nəzərdə tutulur.Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa edilir. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma işləri başa çatdırılıb, onlardan 12-də betonlama işləri də yekunlaşıb.Hazırda tikinti ərazisində 2 085-dən çox işçi və 509 texnika fəaliyyət göstərir.Yeni avtomobil yolunun istifadəyə verilməsi Kəlbəcərlə Laçın arasındakı məsafəni 31,98 kilometr qısaldacaq. Yolun həmçinin bölgədə yeni nəqliyyat əlaqələrinin və dəhlizinin formalaşmasına töhfə verməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xalq artisti Simarə İmanova yeni imici ilə gündəmdə

Next Article

Ömər Eldarov: “Sənətdə ən vacib prinsip səmimiyyətdir”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:19 1090 baxış Mərkəzi Bank qərar verdi: Manatın dollara qarşı sabahkı məzənnəsi bəlli oldu Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı iyulun 7-si üçün manatın xarici valyutalara, o […]

Rusiyanın Honq Konqa qızıl ixracı rekord vurub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:22 1050 baxış İlin ilk yeddi ayında Rusiyadan Honq Konqa 100 ton qızıl göndərilib Elpress.az xəbər verir ki, Rusiyadan Honq Konqa qızıl tədarükünün həcmi 2026-cı ilin ilk yeddi ayında […]

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 1090 baxış Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1130 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]