--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Cəlilabadda 9 kəndi birləşdirən yol yenilənir

Aysel Əlibəyli 06 İyul 2026 · 19:08 1134 baxış

7 mindən çox sakinə sevindirici xəbər: Cəlilabadda 18 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur

Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən biri olan Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam edir. Layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilir.Ümumi uzunluğu 18 kilometr olan avtomobil yolu 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Yolun yenidən qurulması bölgədə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, həmçinin yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcək.Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri tam başa çatdırılıb. Eyni zamanda, 3,3 kilometrlik hissədə yol əsasının alt qatının tikintisi yekunlaşdırılıb. Bundan əlavə, yolun uzunömürlü və təhlükəsiz istismarını təmin etmək məqsədilə müxtəlif ərazilərdə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir.AAYDA tərəfindən aparılan tikinti-quraşdırma işlərinin müasir inşaat norma və standartlarına uyğun şəkildə həyata keçirildiyi bildirilib. Layihənin tam başa çatdırılmasından sonra bölgədə nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz olacaq, sakinlərin gündəlik gediş-gəlişi asanlaşacaq, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı və kəndlər arasında əlaqələrin genişlənməsi üçün əlverişli şərait formalaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Next Article

Sabah bu ərazidə qaz kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 1180 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:42 1038 baxış Peskov qaz təchizatının bərpasının Rusiyanın lazımi həcmləri təmin etməsindən asılı olduğunu bildirib Elpress.az xəbər verir ki, Rusiya qazının Avropa bazarına yenidən qaytarılması məsələsinin müzakirə oluna biləcəyi […]

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1046 baxış 2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət […]

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 1174 baxış Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun […]