--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 1248 baxış

Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun İslam maliyyə alətləri üçün əsas mexanizmlərdən biri olduğunu qeyd edib.Onun sözlərinə görə, İslam maliyyəsində sığorta ehtiyacı təkaful modeli vasitəsilə təmin olunur və bu sistem ənənəvi sığortadan fərqli prinsiplərə əsaslanır. Burada faiz, qeyri-müəyyənlik və qumar elementləri istisna edilir.E.Cəfərli bildirib ki, təkaful modelində risklər şirkət tərəfindən deyil, iştirakçılar arasında bölüşdürülür və xüsusi fond vasitəsilə idarə olunur. İl sonunda yaranan artıq vəsait isə iştirakçıların payı kimi nəzərə alınır.O həmçinin vurğulayıb ki, ölkədə İslam maliyyəsinin inkişafı istiqamətində müsbət dinamika müşahidə olunur, sukuk və digər İslami investisiya alətlərinin tətbiqi üzrə işlər aparılır.Qeyd edilib ki, bu proses İslam maliyyə institutlarının investisiya imkanlarını genişləndirəcək və iştirakçılar üçün əlavə gəlir imkanları yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Rusiya parlamentləri arasında görüş keçirilib

Next Article

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:52 1094 baxış Tehran və Düşənbə arasında yanacaq və xam neft tədarükünü əhatə edən uzunmüddətli saziş hazırlanır Elpress.az xəbər verir ki, İran və Tacikistan enerji sektorunda uzunmüddətli əməkdaşlığı nəzərdə […]

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:33 1106 baxış II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb Elpress.az xəbər verir ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş […]

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1142 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Azərbaycan və Yunanıstan arasında yeni əməkdaşlıq sənədi imzalandı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 22:09 1104 baxış Azərbaycan və Yunanıstanın pərakəndə sektorunda fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atılıb. Elpress.az xəbər verir ki, Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” […]