2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Dövlət Proqramı təsdiqlənib və sənəddə nəzərdə tutulan məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.Qida Təhlükəsizliyi Agentliyi proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək. Agentlik görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim etməlidir.Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi isə Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün zəruri vəsaitin hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının hazırlanması zamanı nəzərə alınması istiqamətində Maliyyə və İqtisadiyyat nazirlikləri tərəfindən müvafiq tədbirlər görüləcək.



