--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Çinli liman rəsmisi Bakı Limanını Avropaya mühüm çıxış adlandırıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:41 1068 baxış

Lyanyunqan limanı Bakı Limanı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Elpress.az xəbər verir ki, Çinin Lyanyunqan limanının nümayəndəsi Bakı Limanının Avropa ilə nəqliyyat əlaqələrində mühüm rol oynadığını və böyük inkişaf imkanlarına malik olduğunu bildirib.Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei qeyd edib ki, iki liman arasında əməkdaşlıq 2018-ci ildən etibarən davam edir və son illərdə bu tərəfdaşlıq daha da genişlənib.Onun sözlərinə görə, 2024-cü ildə Transxəzər daşımaları ilə bağlı çərçivə sazişinin imzalanması əməkdaşlığın inkişafında mühüm mərhələ olub. 2025-ci ildə isə tərəflər arasında danışıqların intensivləşdirilməsi və əməkdaşlığın daha ətraflı istiqamətlər üzrə genişləndirilməsi davam etdirilib.Jiang Vei “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini vurğulayıb. O bildirib ki, Azərbaycan tərəfi ilə görüşlər zamanı nəqliyyat və logistika sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.Çinli rəsmiyə görə, Bakı Limanının Xəzər dənizinin qərb sahilində yerləşməsi onun Avropa istiqamətində daşımalar üçün əhəmiyyətini daha da artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Next Article

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran neft satışından 7,5 milyard dollar gəlir əldə edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:31 1072 baxış Neft gəlirlərindən Mərkəzi Banka 7,5 milyard dollar vəsait köçürülüb Elpress.az xəbər verir ki, İran cari ilin ilk dörd ayı ərzində neft satışından 7,5 milyard ABŞ dolları […]

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:52 1062 baxış SOCAR-ın qeyri-neft ixracında illik müqayisədə 28 faizdən çox azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari […]

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 1171 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]

Azərbaycanda çevik iş vaxtı modeli tətbiq oluna bilər

Aysel Əlibəyli 21 İyul 2026 · 14:38 1100 baxış 2026–2030-cu illər üzrə Tədbirlər Planında çevik iş rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində […]